24 
Yan
2019
12:33
34
122
2587
Virtual karabakh

İki azərbaycanlı borca görə Rusiyanı tərk edə bilmədi

24 Yan, 2019
12:33
2587

İki azərbaycanlı borca görə Rusiyanı tərk edə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Perm vilayətində yaşayan iki azərbaycanlı borc səbəbindən öz ölkələrinə keçə bilməyiblər.

Oxu.Az Properm.ru portalına istinadən xəbər verir ki, bununla bağlı Rusiya Məhkəmə İcraçıları Federal Xidmətinin Perm vilayəti üzrə İdarəsi məlumat yayıb. 

Vilayətin Çusovoy rayonunda yaşayan azərbaycanlının əmlak və nəqliyyat vergilərini ödəmədiyi üçün 57 min rubl (təxminən 1500 manat) borcu yaranıb. 

Məhkəmə icraçıları onun Rusiya ərazisini tərk edərək, Azərbaycandakı qohumlarının yanına gəlməsinə icazə verməyib. Həmin şəxs borcu ödədikdən sonra qadağa aradan qaldırılıb. 

Digər azərbaycanlının isə vergiyə 35 min rubl (900 manat) borcu və sərxoşluq vəziyyətində tibbi müayinədən keçməkdən imtina etdiyinə görə 30 min rubl (770 manat) cəriməsi olub. O da vətənə qayıtmaq üçün borcunu tam ödəyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri