Fev
2019
11:47
37
586
13384
Virtual karabakh

Bakıda atılan uşaqların atası tapıldı - YENİLƏNİB + VİDEO

8 Fev, 2019
11:47
13384

Bakıda atılan uşaqların atası tapıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda valideynləri tərəfindən atılan iki uşaq barədə yeni məlumat var.

Uşaqlardan birinin atası olan İlqar Qədirzadə “Xəzər” TV-yə açıqlamasında bildirib ki, o, uşaqların anası Aidənin üçüncü həyat yoldaşıdır:

“Mən də Aidənin üçüncü həyat yoldaşıyam. Qadının ilk həyat yoldaşından dörd uşağı var və ataları ilə birlikdə yaşayır. Sığınacağa yerləşdirilən oğlan uşaqlarının böyüyü – altı yaşlı Əmrah Aidənin  həbsdə olan ikinci əri Oktayın uşağıdır. Dörd yaşlı Sabir isə öz oğlumdur. Aidə ilə 2014-cü ildən bəri qeyri-rəsmi nikahda yaşayırıq”.

“Aidə dedi ki, martın 3-də qızımın ad günü olacaq. Hədiyyə alarıq və gedərik. Mən də dedim ki, sən qızın üçün pul yığ. Mən də pul yığım, Gürcüstanda sənədlərini düzəltdirək. Çünki Əmrah məktəbə getməlidir. Yanvarın 10-da isə qadın uşaqları da götürərək evdən gedib. Məni səhər evdən yola saldı. Dedim ki, ağıllı ol, heç yerə getmə, qıraq adama qapı açma. Axşam evə gəldim ki, heç kim yoxdur, gediblər”, - İlqar Qədirzadə  qeyd edib.

7 fevral, 15:02

Bakıda atılan iki uşağın anasının kimliyi məlum olub.

Azərbaycan Uşaqlar Birliyinin Sığınacağının koordinatoru Vasif Akifli Oxu.Az-a açıqlamasında bildirib ki, uşaqlarını dayə yanında atıb gedən ana haqqında axtarışlar nəticə verib:

“Məlum olub ki, Əsgərova Aidənin üç qeyri-rəsmi nikahdan altı övladı var. Dörd uşaq ataları ilə yaşayır. Biri başqa kişidən olmaqla, iki uşaq hazırda axtarışı görüb sığınacağa gələn İlqar adlı şəxslə yaşayıb.

Sığınacaqda olan uşaqlardan biri hazırda həbsdə olan Oktay adlı şəxsin övladıdır. Nikahların qeyri-rəsmi olma səbəbi isə Əsgərova Aidənin heç bir sənədinin olmamasıdır. Hazırda faktla bağlı araşdırmalar aparılır”.

Vasif Akifli qeyd edib ki, uşaqların sığınacaqda reabilitasiyası davam edəcək:

“Uşaqlar biri doğma atası olan, birinə isə baxdığını iddia edən şəxsə verilməyəcək. Atalıq faktının təsdiqi, ananın tapılması baş tutana qədər uşaqların sığınacaqda reabilitasiyası davam edəcək və burada qalacaqlar”.

10:53

Bakıda iki uşaq valideynləri tərəfindən atılıb.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin Sığınacağının koordinatoru Vasif Akifli bildirib.

Onun sözlərinə görə, adları və yaşları məlum olmayan iki uşaq Aidə adlı xanım tərəfindən dayə yanına qoyulub:

“Dayə xanımın geri dönmədiyini gördükdə 20 gün əvvəl Binəqədi rayon Polis İdarəsinin dördüncü polis şöbəsinə müraciət edib. Uşaqlar polis tərəfindən Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya mərkəzinə yerləşdirilib”.

Vasif Akifli qeyd edib ki, qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var:

“Fikirlərini çatdıra bilmirlər. Onların reabilitasiya prosesində qəyyumlarının tapılması əsasdır. Hüquq müstəvisində uşaqların hüquqlarının müdafiəsinə başlamaq istəyirik ki, burada ailə birmənalı şəkildə bizə lazımdır.

Biz onları mühitə adaptasiyası etməyi bacarmışıq. Hələlik uşaqlarını valideynlərinin axtarışları da heç bir nəticə verməyib”.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri