20 
May
2019
09:03
509
13
3978
Virtual karabakh

Milli Qəhrəmanın adı orta məktəbə verildi

20 May, 2019
09:03
3978

Milli Qəhrəmanın adı orta məktəbə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adı verilib. 

Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb

Qərara əsasən, Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adı verilib.

Təhsil Nazirliyi və Samux Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Oxu.Az xatırladır ki, Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub.

2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

2009-cu ildə şəhid olub. Həmin ilin iyunun 29-da Milli Qəhrəman adı alıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri