20 
May
2019
20:50
14
266
3097
Virtual karabakh

ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb

20 May, 2019
20:50
3097

ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub. 

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, mayın 19-da İsmayıllı rayonunda baş vermiş güclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb: 

“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcəyi barədə xəbərdarlıq edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri