21 
May
2019
20:40
83
179
4252
Virtual karabakh

Elxan Məmmədov: “Arsenal” rəhbərliyinin Mxitaryanla bağlı qərarına təəssüflənirik

 Biz “Arsenal” rəhbərliyinin Avropa Liqasının final oyununda iştirak etmək üçün Henrix Mxitaryanı Bakıya gətirməyəcəklərinə dair bəyanatına görə məyus olduq.

Bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov səsləndirib.

“Biz “Arsenal” klubu, Mxitaryan və onun ailəsi tərəfindən birgə qəbul edilmiş bu əsassız qərara görə təəssüflənirik. Oyunçunun şəxsi qərarını başa düşürük, lakin bir daha qeyd etmək istəyirəm ki, oyuna ev sahibliyi edən ölkə olaraq Azərbaycan UEFA-nın da tələb etdiyi kimi, Mxitaryanın təhlükəsizliyinin təmin edilməsinə zəmanət verir. Azərbaycanın zəmanətini hansısa şübhə altına qoymaq üçün heç bir əsas yoxdur”.

“ Son onilliklərdə çoxlu sayda erməni idmançı heç bir insident olmadan Azərbaycanda keçirilmiş beynəlxalq yarışlarda iştirak edib. Hesab edirik ki,  təəssüf doğuran bu məqam böyük idman bayramının üzərinə kölgə salmayacaq. Hər iki komandanın  Bakıya gəlişini səbirsizliklə gözləyirik”, - deyə AFFA rəsmisi bəyan edib.

Xatırladaq ki, London klubu erməni əsilli Henrix Mxitaryanın Bakıya  gəlməyinə icazə verməyib.

“ Biz təəssüflə qeyd edirik ki, Henrix Mxitaryan komandayla birlikdə Avropa Liqasının final oyununda  iştirak etmək üçün Bakıya getməyəcək. Biz Mxitaryanı komandanın heyətinə qəbul etmək üçün bütün yolları araşdırdıq.

Lakin bu məsələni onunla və ailə üzvləri ilə müzakirə etdikdən sonra, onun getməməsinə dair birgə qərar verdik. Biz bu barədə UEFA-ya dərin narahatlığımızı bildirmişik. Mxitaryan qələbə yolunda bizim üçün əsas oyunçulardan biridir və onun oyunda iştirak etməməsi bizim üçün böyük itkidir. Oyunçunun finalı buraxması nadir hallardandır. Biz Bakıya gedənə qədər o hazırlıq məşqlərində iştirak edəcək”, - deyə “Arsenal” rəhbərliyi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri