24 
May
2019
12:53
36
283
17043
Virtual karabakh

Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

24 May, 2019
12:53
17043

Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunda 15 yaşlı dörd hamilə yeniyetmənin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər yanlışdır.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, bəzi kütləvi informasiya vasitələrində məsələnin mahiyyəti təhrif olunmuş formada, süni ajiotaj yaratmaq məqsədi ilə yayılmış xəbərlər dezinformasiyadır:

“Xəstəxanaya müraciət edən dörd yeniyetmə olduğu iddia edilən xanımlar gəncdirlər və daha çox yaşları var. Onların hər biri rəsmi nikah qurmuş şəxslərdir. Onlar hamiləlik dövrü keçirdikləri üçün rayon xəstəxanasına müraciət ediblər”.

DİN rəsmisi qeyd edib ki, bu məsələni yayanlar müvafiq dövlət qurumları, o cümlədən, hüquq-mühafizə orqanları ilə zəruri dəqiqləşdirmə aparsaydılar, belə anlaşılmazlıq və xoşagəlməz situasiya yaranmazdı:

“Bu cür hallar yolverilməzdir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri