İyn
2019
09:19
477
84
5483
Virtual karabakh

Azərbaycanlılar xəyanətə görə qadının döyülməsini normal hesab edirlər

4 İyn, 2019
09:19
5483

Azərbaycanlılar xəyanətə görə qadının döyülməsini normal hesab edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 18 yaşı tamam olmamış şəxslərin zorakılığa məruz qalması ilə bağlı sorğu keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar.

Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da qeyd edilib.

Sorğu zamanı qadın respondentlərin 52,4 və kişi respondentlərin 66,5%-i uşaq ikən valideynləri tərəfindən şillələndiyini və ya şapalaqlandığını bildirib. 

Xüsusilə kişilər uşaqlıqda fiziki zorakılığın daha ağır formalarından əziyyət çəkdiklərini qeyd ediblər ki, qadınlarla müqayisədə, kişilər altı dəfə daha çox ağır əşyalarla döyülməsi və dörd dəfə daha çox döyülmə nəticəsində bədənlərində çapıq və zədələrin qalması barədə məlumat veriblər.

Kişilərin üçdə birindən çoxu və qadınların təxminən dörddə biri öz analarının həyat yoldaşları tərəfindən döyülməsinin şahidi olduqlarını diqqətə çatdırıblar.

Hesabatda qadınlara qarşı zorakılıq və zorlamaya münasibət də qeyd edilib.

Qadınlarla müqayisədə, kişilər öz həyat yoldaşlarına qarşı zorakılıq etməklə bağlı az da olsa, daha tolerant münasibət ifadə ediblər: zorakılığın daha uyğun vasitə olduğunu hesab edən kişi respondentlerin nisbəti vəziyyətdən asılı olaraq 15-66% ətrafında dəyişib.

Qadınların 11-59%-i həyat yoldaşının qadına qarşı zorakılıq etməsini əsaslandıran bəzi halların mövcud olduğunu hesab edir. Həm kişilər, həm də qadınlar xəyanəti qadına qarşı zorakılığı əsaslandıran başlıca “dəstəkverici” səbəb sayıblar. 

Həm kişi, həm də qadın respondentlərin təxminən yarısı bəzi hallarda qadının döyülməyə layiq olması fikrini qəbul edib və kişilərlə müqayisədə, belə bir təcrübənin lehinə olan qadınların sayı bir qədər çox olub (müvafiq olaraq 47,5 və 52%). 

Bu göstərici uşaqlara qarşı fiziki cəzanın tətbiqi ilə bağlı verilmiş məlumatlarla uyğunluq təşkil edirdi ki, o halda da uşaqlarını şillələyən və ya döyən kişilərlə müqayisədə, qadınların sayı daha çox olub. Orta hesabla qadınlarla müqayisədə, kişilər zorakılığa daha müsbət münasibət göstəriblər. Beş münasibət ölçüsü üzrə mürəkkəb dəyişən kəmiyyətə görə kişilərin orta balı 13,4-ə (SF=3), qadınların isə 13,9-a (SF=2,5) bərabər olub. 

Bu səbəbdən də belə qənaətə gəlmək olar ki, kişilərlə müqayisədə, qadınlar zorakılığı əsaslandırmağa daha az meyilli olsalar da, zorakılıq hallarına hələ də kifayət qədər haqq qazandırırlar.

İlhamə Əbülfət

Xəyanətə görə qadına nə edərsiniz?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri