19 
İyn
2019
20:17
44
474
23937
Virtual karabakh

Şabranda evdən qaçan qız: Məni 70 yaşlı kişiyə ərə verirdilər - YENİLƏNİB

19 İyn, 2019
20:17
23937

Şabranda evdən qaçan qız: Məni 70 yaşlı kişiyə ərə verirdilər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtkin düşdüyü deyilən Şabran rayon Xırdaoymaq kənd sakini Dadaşova Nuranə Ədalət qızı əslində evdən məqsədi şəkildə qaçdığını bildirib.

Oxu.Az xəbər verir ki, ATV-də yayımlanan “Bizimləsən” verilişinin efirinə çıxan 21 yaşlı N.Dadaşova onu məcburi ərə verdikləri üçün bu addımı atdığını deyib.

O, bundan əvvəl üç ay nişanlı olduğunu, lakin sonradan həmin adamın evli olduğunu bildiyi üçün ayrıldığını deyib:

“Sonra məni var-dövlətinə görə 70 yaşlı kişiyə məcburi ərə vermək istədilər”.

09:38

Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı itkin düşüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, o, 2019-cu il iyunun 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

N.Dadaşovanın əlamətləri belədir: boyu 150 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə göstərilən qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri