30 
İyn
2019
15:30
102
987
28769
Virtual karabakh

Bakıda ağır qəza törədən dünya çempionu xəstəxanada vəfat etdi

30 İyn, 2019
15:30
28769

Bakıda ağır qəza törədən dünya çempionu xəstəxanada vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladov dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, idmançı bu gün saat 14.00 radələrində 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında idarə etdiyi “Niva” avtomobili ilə hərəkətdə olarkən maşını səkiyə çırpıb. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və  “Hyundai” markalı avtomobillə toqquşub.

F.Poladov ayağın bud sümüyünün sınığı, döş qəfəsinin və qarının ağır travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq əməliyyat olunmuşdu.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri