Lənkəranda mikroavtobusla minik maşını toqquşub.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Zərifə Əliyeva və Hənifə Abdullayev küçələrinin kəsişməsində baş verib.
Rayonun Şiləvar kənd sakini, 66 yaşlı Ehtiram Axundovun idarə etdiyi “VAZ-2107” markalı maşınla 10 KJ 868 dövlət qeydiyyat nişanlı, “Ford” markalı mikroavtobus toqquşub.
Nəticədə, minik maşını daş hasara, mikroavtobus isə elektrik dirəyinə çırpılıb.
“VAZ”ın sürücüsü E.Axundov və sərnişini, 62 yaşlı İntizam Mahmud oğlu Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Axundovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Rövşən Mövlan