18 
Avq
2019
11:03
11
538
6601
Virtual karabakh

Şəmkirdə ata keçmiş həyat yoldaşının evini yandırdı, azyaşlı oğlu öldü - YENİLƏNİB + FOTO

18 Avq, 2019
11:03
6601

Şəmkirdə ata keçmiş həyat yoldaşının evini yandırdı, azyaşlı oğlu öldü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayonunun Sarıtəpə kəndində baş vermiş yanğının təfərrüatları məlum olub.

Yanğının həlak olan iki yaşlı uşağın atası tərəfindən törədildiyi üzə çıxıb. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, gecə saatlarında Elmar Məsimov qaynanası Səltənət Məmmədovanın evinə gəlib. Sonra evə benzin vurub və yandırıb. Nəticədə E.Məsimovun 2 yaşlı oğlu Məmmədov Nicat hadisə zamanı tüstüdən boğularaq ölüb.

Şəmkir rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən yaralıların vəziyyəti ilə bağlı xəbər verilib.
Şəmkir Mərkəzi Rayon xəstəxanasında yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər. S.Məmmədovanın bədəninin 50%, 24 yaşlı qızının isə bədəninin 70% yanması bildirilir.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edlib.

Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

09:51

Şəmkirdə yaşayış evində yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görəadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Ümumi sahəsi 30 kvm olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomoibli və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu yanaraq ölüb. Onun anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Verilən məlumata görə, M.Məsimova həyat yoldaşından boşandıqdan sonra 2 yaşlı övladı ilə atası evində qalırmış. 

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri