23 
Avq
2019
16:51
36
112
2744
Virtual karabakh

Hirkan Milli Parkında yanğın söndürülüb: Təngivanda tüstülənmə var

23 Avq, 2019
16:51
2744

Hirkan Milli Parkında yanğın söndürülüb: Təngivanda tüstülənmə var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğın tamamilə söndürülüb.

Parkın direktoru Azər Mirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, yanğın söndürülsə də, ərazi nəzarətdə saxlanılır:

"Parkın ərazisində yanğın olmasa da, qonşuluqdakı Lənkəran rayon, Təngivan kəndində tüstülənmə var.

Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar".

Qeyd edək ki, avqustun 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkında, Lənkəran Təngivan kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri