Sen
2019
16:56
41
103
5284
Virtual karabakh

Azərbaycanda qarayaraya tutulanların kimliyi açıqlandı - AQTA məlumat yaydı

9 Sen, 2019
16:56
5284

Azərbaycanda qarayaraya tutulanların kimliyi açıqlandı - AQTA məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qarayara xəstəliyi ilə bağlı açıqlama yayıb. 

AQTA-dan Oxu.Az-a bildirilib ki, Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub.

Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb.

Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri