Azərbaycanda iki nəfərin qarayara yoluxması barədə xəbər yayılıb.
Oxu.Az-ın məlumatına görə, fakt Sabirabadda qeydə alınıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-a məlumatı təsdiq ediblər.
Bildirilib ki, Sabirabad sakini olan 34 və 26 yaşlarında iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:
"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb".
İlhamə Əbülfət
Rəylər