Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün saat 18:30-da Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb.
"Rahim İbrahimovun idarə etdiyi VAZ markalı, 18-BX-321 dövlət qeydiyyat nişanlı avtomobillə, Oqtay Qasımovun idarə etdiyi "Hyundai" markalı, 77-MP-808 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində Rahim İbrahimov hadisə yerində həyatını itirib. Əraziyə DYP əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Jiquli" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. Ölən şəxs Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü Rahim Məzahir oğlu İbrahimovdur.
Qəza nəticəsində üç nəfər də xəsarət alıb. Onlar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.