Bakıda 33 yaşlı kişi bıçaqlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12