Okt
2019
13:33
9
207
3529
Virtual karabakh

Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi

8 Okt, 2019
13:33
3529

Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən karxanaların birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazasının qarşısında müxtəlif dərəcəli xəsarətlərlə aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Y.Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.

Fakt araşdırılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri