14 
Noy
2019
10:47
28
243
8684
Virtual karabakh

Azərbaycanlı qadında QİÇS aşkarlandı, kişilər müayinə üçün poliklinikalara üz tutdu

14 Noy, 2019
10:47
8684

Azərbaycanlı qadında QİÇS aşkarlandı, kişilər müayinə üçün poliklinikalara üz tutdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Karaman şəhərində əxlaq polisi fahişələrə qarşı əməliyyat keçirib. 

Oxu.Az xəbər verir ki, əməliyyat zamanı aralarında Natavan adlı azərbaycanlı qadının da olduğu beş nəfər saxlanılıb. 

Sənədləşdirmə və tibbi müayinə başa çatdıqdan sonra Natavan Türkiyədən deportasiya edilib. 

Tibbi müayinənin nəticəsi isə şəhəri bir-birinə qatıb. Belə ki, nəticəyə əsasən, Natavanda QİÇS virusu aşkarlanıb. 

Nəticələr açıqlandıqdan sonra şəhərdəki bir çox kişilər müayinə üçün poliklinikalara müraciət edərək, yoxlanışdan keçmək istədiklərini bildiriblər. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri