14 
Noy
2019
10:41
76
108
12355
Virtual karabakh

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

14 Noy, 2019
10:41
12355

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni təyinat olub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, baş leytenant Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib. 

V.Məmmədov bu vəzifədə polis mayoru Həsənov Eldəniz Maksim oğlunu əvəz edib. 

Qeyd edək ki, E.Həsənov bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis təyin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri