13 
Dek
2019
12:04
2
176
3048
Virtual karabakh

Evlənmək istəyən doqquz nəfərdə QİÇS aşkarlandı

13 Dek, 2019
12:04
3048

Evlənmək istəyən doqquz nəfərdə QİÇS aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabr ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 46 nəfərdə sifilis, doqquz nəfərdə isə QİÇS aşkar edilib.

Bunu Oxu.Az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 10139 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“375 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan dörd cütlük müəyyənləşdirilib”.

Z.Əlimirzəyeva bildirib ki, bu ilin doqquz ayı ərzində nikaha daxil olmaq üçün 126402 nəfər müayinədən keçib:

“Onlardan 3393 nəfərdə talassemiya daşıyıcılığı, 297 nəfərdə sifilis, 135 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 43 olub. 
2015-ci ildən indiyədək 626215 nəfərdə qan müayinəsi aparılıb.

21628 cütlükdən birində talassemiya daşıyıcılığı, 232 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2025 nəfərdə sifilis, 590 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri