13 
Dek
2019
17:08
19
142
3729
yuxarı
Bakıda 17 yaşlı oğlan yoxa çıxdı - FOTO
13 Dek, 2019
17:08
3729
19
142
Bakıda 17 yaşlı oğlan yoxa çıxdı - FOTO
Bakıda 17 yaşlı oğlan itkin düşüb.
Oxu.Az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Lökbatan qəsəbə sakini Nəcəfov Orxan Elnur oğlu dekabrın 8-i gecə saat 2-3 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu 179 sm, dolu bədənli, gözləri qəhvəyi rəngdi. Evdən çıxarkən əynində boz palto, qara cins şalvar, qara ayaqqabı olub.
Qeyd edək ki, O.Nəcəfov evdən çıxarkən üzərinə heç bir əşya aparmayıb.
Yaxınları onun vəziyyətindən çox narahatdır. O.Nəcəfovu görənlərdən 0552064606 nömrəsinə zəng vurmaları xahiş olunur.
Dursun Tağıyeva
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək