23 
Yan
2020
10:48
72
8
5246
Virtual karabakh

Ürək üçün faydalı 20 məhsul - III Hissə

23 Yan, 2020
10:48
5246

Ürək üçün faydalı 20 məhsul - III Hissə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyahının birinciikinci hissəsi ilə əvvəlki yazılarımızdan tanış ola bilərsiniz.

15. Yulaf əzməsi

Bir boşqab isti yulaf əzməsi sizi bir neçə saat tox tutacaq, nahara qədər məcburi yeməkdən qoruyacaq, qan və şəkər səviyyəsini sabit saxlamağa kömək edəcək. Bu cəhət onu diabeti olan insanlar üçün də faydalı edir.

Yulaf əzməsinin tərkibindəki liflər zərərli xolesterol səviyyəsini (LDL) aşağı salmaqla ürəyinizə kömək edə bilər. Ən yaxşı nəticələr kəpəkli və ya yavaş hazırlanan yulaf əzməsi istifadəsi zamanı əldə edilir.

Faydalı məsləhət: buğda ununu üçdə bir nisbətində yulaf əzməsi ilə əvəzləməklə blinlər, keks və digər şirniyyatları hazırlaya bilərsiniz.

16. Yağsız yoğurt

Süd məhsulları hər kəsin ağlında sümüklər üçün kalsiumun faydaları ilə qalır. Bu qidalar yüksək qan təzyiqinə nəzarət etməyə kömək edir. Yoğurtun tərkibində yalnız yüksək miqdarda kalsium deyil, həm də kalium var.

Faydalı məsləhət: yoqurt yeyərkən yağı az olan məhsulları seçin. Belə olan halda kalsium miqdarını artırmaq və  orqanizm üçün zərərli yağ miqdarını azaltmaq mümkündür.

17. Portağal

Şirin və şirəli portağallarda xolesterolla mübarizə aparan pektin var. Onların tərkibində həmçinin qan təzyiqini idarə etməyə kömək edən kalium da var. Tədqiqatlar sübut edir ki, gündə iki stəkan portağal şirəsi qan damarlarının sağlamlığını yaxşılaşdırır və kişilərdə qan təzyiqini aşağı salır.

Faydalı məsləhət: Orta ölçülü portağalda təxminən 62 kalori və 3 qram lif var.

18. Gilas

  

Gilas, qurudulmuş albalı və albalı şirəsi antosiyanin adlanan antioksidantlarla zəngindir. Qan damarlarını qorumağa kömək etdikləri hesab olunur.

Faydalı məsləhət: Qurudulmuş gilası yarmanın üzərinə sürtgəcdən keçirin, xəmirə, tərəvəz salatına və düyüyə əlavə edin.

19. Qaragilə

Qaragilə əla dad keyfiyyətlərinə malikdir. Onların tərkibində antosiyaninlər, qan damarlarına kömək edən antioksidanlar var. Bu antioksidanlar giləmeyvəyə tünd göy rəng verir. Bir ovuc qaragilənin tərkibində digər giləmeyvələrdən daha çox lif  var.

Faydalı məsləhət: Təzə və ya qurudulmuş qaragiləni sıyığa, blinlərə və yoqurta əlavə edin.

Faydalı məsləhət: şirniyyatlar üçün qaragilədən hazırlanmış püre və ya şirin sousdan istifadə edin.

20. Qırmızı şərab və resveratrol

Əgər alkoqollu içki qəbul edirsinizsə, bir qədər qırmızı şərab ürək üçün faydalı ola bilər. Qırmızı şərabın tərkibində arteriya divarlarını qoruyan resveratrol və katexin adlı iki antioksidant var. Qırmızı şərab həmçinin HDL faydalı xolesterol səviyyəsini artıra bilər.

Faydalı məsləhət: qadınlar üçün gündəlik tövsiyə olunan alkoqol dozası bir qədəhdən artıq deyil, kişilər üçün gündə bir və ya iki qədəhdir. Alkoqol aspirin və digər dərmanlar qəbul edən insanlarda problem yarada bilər, buna görə içməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Sevinc İbrahimova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri