22 
Yan
2020
11:55
71
11
4819
Virtual karabakh

Ürək üçün faydalı 20 məhsul - II HİSSƏ

22 Yan, 2020
11:55
4819

Ürək üçün faydalı 20 məhsul - II HİSSƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyahının əvvəli ilə tanış olun.

8. Yaşıl edamame lobyası

Ola bilsin ki, bu tərəvəzi Asiya restoranlarından birində məzə kimi görmüsünüz. Edamame -soya lobyasını ifadə edən yapon sözüdür. Soya zülalı xolesterol səviyyəsini aşağı salmağa kömək edə bilər. Həmçinin, bir kasa edamamenin tərkibində 8 qram ürək üçün faydalı lif var. Tamdənli çörəkdən bu qədər lif almaq üçün təxminən 4 dilim yeməlisiniz.

Faydalı məsləhət: dondurulmuş edamameni götürün, qaynadın və sonra isti şəkildə paxlalı şəkildə süfrəyə verin.  Sərt paxlalı dadlı lobya doyumlu məzə olacaq.

9. Qara lobya

Yumşaq, zərif qara lobyaların tərkibində qan təzyiqinizi azaltmağa kömək edən ürək üçün faydalı fol turşusu, antioksidantlar və maqnezium var. Onların lifləri qanda xolesterolu və şəkəri idarə etməyə kömək edir. Lobyalar şorba və salata əlavə edilə bilər.

10. Arpa

Bu tamdənli arpanı düyü əvəzinə yoxlayın. Siz həmçinin arpanı şorba və raquda da istifadə edə bilərsiniz. Arpadakı liflər qandakı xolesterol və şəkər səviyyəsini aşağı sala bilər.

Faydalı məsləhət: Tamdənli arpa daha qidalıdır. Arpa yarmasından lopa və qarnir şəklində qızardılmış və üyüdülmüş halda istifadə etmək olar. Arpa yarması emal olunmuş arpadır, tez hazırlansa da emal zamanı ürək üçün faydalı bir çox liflər yoxa çıxır.

11. Tofu

Tofu yeyin və siz tərkibində ürək üçün faydalı minerallar, lif və poli-doymamış yağlar olan  əla bir vegetarian soya zülalı əldə edəcəksiniz. O, hazırlanması üçün istifadə etdiyiniz ədviyyatlara və ya souslara dad verəcəkdir.

Faydalı məsləhət: sərt tofu doğrayın, marinə edin, sonra azacıq yağ əlavə edərək qızardın. Tofu tərkibində azacıq yağ olan zülal kimi şorbalara əlavə edin.

12. Şirin kartof

Ağ kartofu şirin kartofla əvəzləyin. Aşağı qlikemik indeksdə şirin kartof qandakı şəkər səviyyəsində sürətli sıçrayışa səbəb olmur. Tərkibində həmçinin lif, A vitamini və likopin də var.

Faydalı məsləhət: şirin içlik əvəzinə darçın səpmək və limon şirəsi ilə şirin kartofun təbii şirinliyini artırmaq olar.

13. Kətan

Bu keyfiyyətli bal tumlarının tərkibində ürək üçün faydalı üç komponent var: lif, liqnanlar adlanan fitokimyəvi maddələr və Omeqa-3 yağ turşuları.

Faydalı məsləhət: üyüdülmüş kətan toxumunu həzmi yaxşılaşdırması üçün sıyığa, un məhsullarına, yoqurt və ya buterbrodun xardalına əlavə edin.

14. Sterollarla zənginləşdirilmiş məhsullar

Bəzi marqarinlər, soya südü, badam südü və portağal şirələrinə xolesterolla mübarizə aparan sterol və stanollar əlavə edilmişdir. Bu bitki ekstraktları bağırsaqların xolesterin udmasına əngəl olur. Onlar faydalı xolesterinə zərər vurmadan LDL səviyyəsini 10 faiz aşağı sala bilər.

Ardı var...

Sevinc İbrahimova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri