Bakının Suraxanı rayonunda Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsindəki su xəttində qəza baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qəza səbəbindən qəsəbəyə suyun verilməsində problem yaranıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı faktı təsdiqləyib.
Qeyd olunub ki, sözügedən ünvanda içməli su xəttində qəza baş verən andan əraziyə dərhal briqada cəlb edilib.
"Şəbəkədə təmir və bərpa istiqamətində işlərə başlanılıb. Bu gün ərzində işlər yekunlaşdırılacaq, suyun verilməsi əvvəlki qaydada təmin ediləcək. Qeyd edək ki, hazırda ərazidə suyun verilməsində hər hansı fasilə yoxdur. Bəzi hallarda qəza zamanı suyun verilməsində fasilə yarana bilir", - deyə məlumatda bildirilir.