Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan və Türkiyə Dəmir Yolları arasında yeni razılaşma imzalanıb
“Azərbaycan Dəmir Yolları” QSC və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında yük vaqonlarının mübadilə əsasında qarşılıqlı istifadəsi barədə razılığa gəlinib.
Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə razılaşma sənədi imzalanıb.
Razılaşmada beynəlxalq daşınma qaydaları və sənədləri, vaqonların yükləmə qaydaları, istifadə haqları və istifadədən yaranan kompensasiya ilə bağlı öhdəliklər qeyd olunub.
Sənədə əsasən, vaqonda aparılan mallar üçün təlimat və kompensasiyalar, vaqon və konteynerlərdə daşınan yüklərin tam və ya qismən itməsi, xarab olması və zədələnməsindən irəli gələn iradlara baxılması, eləcə də, zərərin ödənilməsi qaydaları tənzimlənir.
Tərəflər arasında ehtiyat hissələrin tədarükü, vaqonların zədələnməsi və müvafiq təlimatlar, zədələnmiş və itirilmiş vaqonlara görə tənzimlənən kompensasiyaya dair məsələlər barədə də razılıq əldə olunub.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyənin "Kainat gözəli" təmsilçisindən etiraf: "Şəkillərdə proqram müdaxiləsi var idi"
- UEFA Millətlər Liqası: Türkiyənin pley-off mərhələsindəki rəqibi bəlli oldu
- Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: "Bayraktar TB2" PUA alacaq
- Türkiyədə "Yenidoğan" məhkəməsi: On körpəni qəsdən öldürən tibb işçiləri ilə bağlı hesabat üzə çıxdı
- Rəcəb Tayyib Ərdoğan: "Dövlət Bağçalı ilə aramızda heç bir fikir ayrılığı yoxdur"