Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb.
Alıcı videoda bildirib ki, bu, kərə yağına yox, maşın yağına bənzəyir. Görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə bağlı sözügedən marketdən bildirilib ki, mağazalarında təqdim edilən bütün qida məhsulları müvafiq dövlət qurumu tərəfindən yoxlamalara cəlb edilir:
"Yalnız keyfiyyət və təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların satışı həyata keçirilir. Sözügedən məhsulun qida təhlükəsizliyi sertifikatı mövcuddur".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sosial şəbəkədə yayılan görüntü nəzarətə götürülüb:
"Məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər".
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Stüardessa Hökumə Əliyevanın rəfiqəsi: "Deyirdi, bir qocalmaqdan qorxuram, bir də yanıb ölməkdən"
- Təyyarə qəzasına düşən Anar Babayevin atası baş verənlərdən danışdı
- Bakı sakinləri təyyarə qəzası ilə bağlı nə dedilər?
- Xronika: "Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar"
- Təyyarə qəzasına düşənlərin yaxını: "Gəlmişdim qarşılayım, amma xəbər yoxdur"