21 
Fev
2020
23:54
13
297
7263
Virtual karabakh

Dairə sədri Musa Qasımlının bacanağı çıxdı

21 Fev, 2020
23:54
7263

Dairə sədri Musa Qasımlının bacanağı çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 72 saylı Yardımlı-Masallı seçki dairəsindən daxil olan şikayətə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dairədən namizədlər Nəsrəddin Qəmbərov və Qubadəli Rzayev şikayətlərində səsvermə zamanı pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. 

MSK üzvü Validə Bayramova bildirib ki, araşdırma nəticəsində şikayətlərin əsassız olduğu müəyyən edilib. Q.Rzayev bildirib ki, həmin dairənin sədri, deputat Musa Qasımlının bacanağıdır və ondan verilən bütün şikayətlərə rədd cavabı verib.

Məzahir Pənahov deyib ki, bacanaq birinci dərəcəli qohum olmadığı üçün qanun bunu qadağa etmir:

“Amma biz bunu əvvəldən bilsəydik, həmin dairə sədrinin dəyişdirilməsi üçün əlimizdən gələni edərdik ki, narahatlığa yer qalmasın”.

Səsvermə nəticəsində şikayət təmin edilməyib.

Qeyd edək ki, bu dairə üzrə lider keçmiş deputat Musa Qasımlıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri