Apr
2020
17:57
36
237
8502
Virtual karabakh

Nazirlər Kabinetindən tibbi maska və spirtlə bağlı AÇIQLAMA

8 Apr, 2020
17:57
8502

Nazirlər Kabinetindən tibbi maska və spirtlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bazar iqtisadiyyatında tələb-təklif amilləri qiyməti müəyyənləşdirir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə situasiya elədir ki, tələbə əsasən təklifin artması mümkündür:

“Amma qiymətin qalxmasından söhbət gedə bilməz. Maskalarla bağlı qiymətlər optimal həddə qalacaq. Qiyməti tənzimləməyin ən yaxşı yolu istehsalı artırmaqdır. Yeni müəssisənin istehsal gücü gündəlik 200 minə yaxındır və idxal da davam edir. Əgər tələb çoxalarsa, istehsalı artırmaq imkanı var”.

“Xüsusi karantin rejimi evdə qalmağı tələb edir. Evdə qalsaq, maska və tibbi spirtə ehtiyacımız da azalar”, - deyə İ.Məmmədov qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri