May
2020
17:57
43
184
7831
Virtual karabakh

Nazirlər Kabineti rəsmisindən xaricdəki həmyerlilərimizin gətirilməsi ilə bağlı AÇIQLAMA

5 May, 2020
17:57
7831

Nazirlər Kabineti rəsmisindən xaricdəki həmyerlilərimizin gətirilməsi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər həftə müxtəlif ölkələrdən Azərbaycana çarter reyslər təşkil edilir. Bəzən texniki problemlərdən gecikmələr olur”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəyə gələn vətəndaşlar arasında yoluxanlar və şübhəlilər olursa, onlar ayrıca otaqlarda yerləşdirilir:

“Belə yerlər olmalıdır ki, gələnləri karantinə qəbul edə bilsinlər”.

İ.Məmmədov Ukraynadakı həmvətənlərimizin də Azərbaycana qayıtmasından danışıb:

“Bunun üçün Nazirlər Kabineti yanında operativ qərargah iş aparır. Onların problemi müzakirə olunur. Ukraynadan bir çarter reysi təşkil olunmalıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri