22 
May
2020
22:08
484
91
4275
Virtual karabakh

İslahatların məqsədi: Rüşvətxorluğun kökü kəsilməlidir - VİDEO

Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğun kökü kəsilməlidir deyildiyi halda bəzi məmurlar tamahından əl çəkmir ki, çəkmir.  

Hələ də dövlət başçısının xəbərdarlıqlarından nəticə çıxarmayıb kasıbın malına, haqqına göz dikənlər tapılır. Belə vəziyyətdə həmin şəxslərin öz nəfslərini milli maraqlardan üstün tutması dövlətə xəyanət hesab edilir. Çünki bu əməllər vətəndaşda dövlətə, aparılan islahatlara inamsızlıq yaradır. Nəticədə belə şəxslər dövlətin sərt üzü ilə qarşı-qarşıya qalırlar.  

Millət vəkili Elşad Mirbəşiroğlunun fikrincə korrupsiya hallarına imkan verən şərait, boşluqlar mövcud olduqca rüşvətxorluğun tam kökü kəsilməyəcək: 

“Ölkə prezidenti korrupsiyaya qarşı qətiyyətli mübarizə aparmaqdadır. İnstitusional islahatların da mərkəzində məhz həmin amillərin aradan qaldırılması dayanır. Qısacası məmur-vətəndaş təması minimuma endirilməlidir”.  

Millət vəkili Hikmət Babaoğlu isə rüşvətxorluqla mübarizədə ictimai nəzarətin xüsusi çəkisini vurğulayır: 

“Aydındır ki, ümumi islahatlar dalğasında kadr islahatları da qaçılmazdır. Korrupsiya kimi bəlayla mübarizədə müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalı, ümumi işə öz töhfəsini verməlidir. Bu zaman keçmiş kadrların xoşagəlməz addımlarının nəticəsi göz önündə olmalı, qanunun aliliyi qorunmalıdır”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri