18 
Sen
2020
17:15
607
35
3502
Virtual karabakh

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

18 Sen, 2020
17:15
3502

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

Bu barədə “Report”a həkim Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hazırda T.Yaqublu qida qəbul etməyə başlayıb:

“Tofiq Yaqublunun səhhəti kafidir. Aclıq aksiyasını dayandırıb. Vəziyyətinə baxaq, ya bu gün, ya da sabah evə buraxılacaq”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin hökmdən verilən şikayətə baxılıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirirdi. O, sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri