16 
Okt
2020
16:54
421
38
2991
Virtual karabakh

Quba rayonunda nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib - FOTO

16 Okt, 2020
16:54
2991

Quba rayonunda nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, fəsadlarının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə Quba rayonunda nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov və digər idarə rəhbərləri iştirak ediblər.

İctimai iaşə obyektlərində, mağazalarda, qapalı məkanlarda sosial məsafənin təmin edilməsi, tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı sakinlərlə profilaktik maarifləndirici söhbətlər aparılıb, məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilib, qanunun tələbləri izah edilib. 
Reyd zamanı təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri