24 
Noy
2020
13:12
441
19
3566
Virtual karabakh

Gəncə şəhərinə 10 milyon avro həcmində kredit ayrılıb

24 Noy, 2020
13:12
3566

Gəncə şəhərinə 10 milyon avro həcmində kredit ayrılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Gəncə şəhərinə 10 milyon avro dəyərində kredit ayırıb.

Oxu.Az-ın bankdan əldə etdiyi məlumata əsasən, məqsəd Gəncə şəhərinin qatı tullantılardan təmizlənməsi, bu istiqamətdə infrastrukturun yenilənməsi və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasıdır.      

Kredit bank tərəfindən layihəni icra edəcək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ayrılıb.

Layihə Gəncə şəhərində tullantıların toplanma xidmətinin yaxşılaşdırılması dərəcəsinə, ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına kömək edəcək.

Əlavə olaraq bildirilib ki, layihə tullantıların idarə edilməsini yaxşılaşdıracaq və ətraf mühitə tullantıların toplanılması zamanı mənfi təsirləri azaldacaq.

 Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri