30 
Dek
2020
11:59
151
77
2775
Virtual karabakh

190 manatlıq birdəfəlik ödəmələrin verilməsi başa çatır - RƏSMİ

30 Dek, 2020
11:59
2775

190 manatlıq birdəfəlik ödəmələrin verilməsi başa çatır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq altıncı dəfədir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə 190 manat birdəfəlik ödəmə verilir”.

Oxu.Az-ın məlumatın görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, 190 manatın ödəməsinin bu gün tamamlanması nəzərdə tutulur:

“Ümumilikdə 450 milyon manat vəsait işini və gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə bu məqsəd üçün ödənildi”.

O qeyd edib ki, növbəti ildə birdəfəlik ödəmə ilə bağlı qərar Nazirlər Kabinetindən asılıdır:

“Yeni ilə daha pozitiv arzularımız var. İnanırıq ki, sərt karantin rejimi olmayacaq və iqtisadi fəallıq bərpa ediləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri