21 
Yan
2021
11:15
207
11
1154
Virtual karabakh

Nazirlikdən Vətən müharibəsinin daha bir qazisi ilə bağlı addım - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış hərbi qulluqçu Abdullayev Kamran Kamil oğlunu (Beyləqan rayonu) ziyarət edib, ailəsinin sosial vəziyyətini öyrəniblər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qazi müddətdən artıq xidmətdə olan hərbi qulluqçu kimi fəaliyyət göstərib. Anası işləyir, nənəsi pensiyaçıdır, qazinin həyat yoldaşı isə azyaşlı uşaqlarına baxır. 
Kamranın əlilliyi yaxın günlərdə qiymətləndiriləcək və əlillik təyin olunduğu halda birdəfəlik sığorta ödənişi, aylıq təqaüd və müavinətlə, reabilitasiya xidmətləri ilə təmin ediləcək. Bu barədə ona məlumat verilib.

İstəyi nəzərə alınmaqla Kamran poliqrafiya üzrə kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib. Bununla bağlı sənədləşdirmə işləri aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri