23 
Fev
2021
12:48
99
26
3113
Virtual karabakh

Pensiya sisteminə daxilolma şərtləri asanlaşdırılacaq - AÇIQLAMA

23 Fev, 2021
12:48
3113

Pensiya sisteminə daxilolma şərtləri asanlaşdırılacaq - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir şəxsin 25 illik stajı varsa, kapitalının miqdarından asılı olmayaraq, pensiya yaşına çatdıqda ona təqaüd təyin olunur”. 

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bildirib.

Onun sözlərinə görə, şəxs 10 il işləyib, 50 min manat kapital toplayıbsa, onun pensiya yaşına çatanda təqaüd almaq hüququ yaranır:

“Pensiya kapitalının çox olması ilə bağlı cəmiyyətdə səsləndirilən fikirlərlə razı deyiləm. Bu gün əmək bazarında olan dəyişiklər əsasında orta aylıq əmək haqqı sürətli şəkildə artır. Hazırda ölkədə orta aylıq əmək haqqı 710 manatdır. Minimum pensiyanın məbləği isə 210 manatdır”.

O qeyd edib ki, bu gün əmək bazarında işləyən şəxslərin topladıqları kapitalın artım sürəti minimum pensiyaların kapital tələbini üstələyir və bu da gələcəkdə pensiya sisteminə daxilolma şərtləri asanlaşdırılacaq, vətəndaşlarımız daha tez pensiya alacaq.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri