27 
Fev
2021
09:09
9
143
1725
Virtual karabakh

Bakıda və Gəncədə avtomobillər yandı

27 Fev, 2021
09:09
1725

Bakıda və Gəncədə avtomobillər yandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonunda və Gəncənin Kəpəz rayonunda avtomobil yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, paytaxtın Nizami rayonunda ümumi sahəsi 150 kvadratmetr olan avtomobil təmiri sexinin içərisində 20 kvadratmetr sahəyə yığılan avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan orada təmirə dayanan “Honda” markalı minik avtomobilinin ön hissəsi əriyib. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Bundan başqa, Gəncənin  Kəpəz rayonunda “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb, yüksək temperaturdan ön şüşəsi və idarəetmə lövhəsi qismən əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki hadisə zamanı alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri