30 
Apr
2021
12:42
162
17
1576
Virtual karabakh

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

30 Apr, 2021
12:42
1576

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman PB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini O.Sadıxov saxlanılıb. 

Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə O.Sadıxova narkotik vasitəni satan şəxsin Lənkəran rayonu Liman şəhər sakini N.Həsənli olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

N.Həsənlinin üzərindən 1 büküm narkotik vasitə heroin, yaşadığı evin arxasındakı bağ ərazisində isə kultivasiya yolu ilə yetişdirilmiş 124 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri