18 
May
2021
17:12
253
21
2675
Virtual karabakh

Xanlıq kənd sakini uzun illərdən sonra doğma elində - VİDEO

18 May, 2021
17:12
2675

Xanlıq kənd sakini uzun illərdən sonra doğma elində - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mehman Quliyev digər məcburi köçkünlər kimi göz yaşları ilə istəmədən vaxtı ilə Qubadlının Xanlıq kəndini tərk edənlərdən olub.

O bildirir ki, anası, atası və bacıları “Xanlıq” deyərək bu dünyadan köçüblər. 

Qubadlının Xanlıq kəndində olan M.Quliyev həsrətlə axtarsa da, ucalan o ikimərtəbəli yurdundan əsər əlamət tapa bilməyib. Mənfur düşmən xatirələrlə bərabər evə gedən o izləri də yerlə-yeksan edib. Evinin yerindəsə vaxtilə Livandan Qubadlıya, Xanlıq kəndinə köçürülən ermənilər üçün mənzillər tikilib. 

Bu gün Mehman Quliyevin timsalında hər bir qarabağlı, azərbaycanlı sevinir. Dağıdılsa da, izlər itirilsə də, bu torpaq, bu dağlar yenidən bizə baxır, bizim üçün canlanır. Axı Vətən deyib, uğrunda canlar vermişik!  

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri