17 
İyn
2021
10:16
17
147
3260
Virtual karabakh

“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı açıqlandı - FOTO

17 İyn, 2021
10:16
3260

“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı şəhərində fəaliyyət göstərən 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi” fəaliyyət göstərir”.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində təşkil olunan “Yay məktəbləri”ndə iştirak etmək istəyən şagirdlər 30 iyun tarixinədək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər:

“Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib”.

O qeyd edib ki, “Yay məktəbləri”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər:

“I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir”.

İlhamə Əbülfət

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri