22 
İyn
2021
16:27
45
66
2949
Virtual karabakh

Bakının Baş Planında hansı yeniliklər var? - AÇIQLAMA

22 İyn, 2021
16:27
2949

Bakının Baş Planında hansı yeniliklər var? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Bakı şəhərinin Baş Planı ilə bağlı layihə yekunlaşmaq üzrədir və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir”.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

A.Əkbərli bildirib ki, Bakıda yaşıllıq sahələrinin artırılması nəzərdə tutulur:

“Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alan məqamlardandır”.

A.Əkbərlinin sözlərinə görə, əhalinin artımı yaşıllıq zonalarının istismar olunması ilə müəyyən problemlər yaradır:

“Bu gün adambaşına düşən yaşıllıq 8 kvadratmetr olmalıdır, lakin təəssüf ki, biz bunu görmürük. Yeni layihədə qarşıya qoyulan məqsəd bu hədəfə nail olmaqdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri