İyl
2021
23:58
418
22
2750
Virtual karabakh

Cəlilabadda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib - FOTO

5 İyl, 2021
23:58
2750

Cəlilabadda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Cəlilabad rayon Uzuntəpə kənd sakini kapitan Quliyev Rəşad Əfras oğlunun doğum günü qeyd edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, onun bu gün 33 yaşı tamam olub.

Doğum günündə şəhidin döyüş yoldaşları və rayon rəsmiləri əvvəlcə onun ailə üzvlərini, sonra isə məzarını ziyarət ediblər.

Qeyd edək ki, Quliyev Rəşad Əfras oğlu 1988-ci ilin bu günü Cəlilabad rayonu Uzuntəpə kəndində anadan olub.

Kapitan Rəşad Quliyev 2016-cı ilin aprel döyüşlərində iştirak edib və göstərdiyi qəhrəmanlıqlara görə “İgidliyə görə” medalı ilə təltif olunb.

Azərbaycan Ordusunun kapitanı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Rəşad Quliyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Cəlilabad rayonunda dəfn olunub.

Kapitan Quliyev Rəşad Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə Ali Baş Komandan, cənab prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri