18 
İyl
2021
23:19
317
17
2074
Virtual karabakh

Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nə yekun vurulub

18 İyl, 2021
23:19
2074

Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nə yekun vurulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 

Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçərək tarix yazan şəhidlərimizin övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi”nə yekun vurulub.

“Report” xəbər verir ki, qapanış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Həsənov, düşərgənin təşkilatçılarından olan “For Azerbaijan” xeyriyyə təşkilatının fəallarına və miqrasiya könüllülərinə 14 gün ərzində şəhid övladlarının qayğısına qaldıqları, onların psixoloji və emosional inkişafı üçün həvəslə xidmət göstərdikləri üçün təşəkkürlərini bildirib, onları təşəkkürnamələr və simvolik hədiyyələrlə təltif edib.

Musiqili konsert mərasimi,rəqs nümayişləri ilə davam edən qapanış mərasimində iştirak edən 76 şəhid övladına sertifikatlar və məktəbli ləvazimatlarından ibarət hədiyyə dəstləri təqdim olunub.

14 gün ərzində intellektual məşğələlər, psixoloji təlimlər, idman dərsləri keçən və respublikanın müxtəlif tarixi yerlərinə təşkil olunan ekskursiyalarda iştirak edən Vətən müharibəsi şəhidlərinin övladları çıxışları zamanı vaxtlarının səmərəli və əyləncəli keçməsinə görə düşərgə təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 2 həftədir davam edən düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yadda qalan etməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri