21 
İyl
2021
10:35
14
232
1795
yuxarı
Üç nəfər Ağdamda minalardan təmizlənməmiş əraziyə keçmək istədi - RƏSMİ
21 İyl, 2021
10:35
1795
14
232
Üç nəfər Ağdamda minalardan təmizlənməmiş əraziyə keçmək istədi - RƏSMİ
İyulun 20-i saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində 3 nəfər Ağcabədi rayon sakini işğaldan azad edilmiş və minalardan təmizlənməmiş Çıraqlı kəndi ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin şəxslər polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.
Həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
26 
Apr
2024
08:30
Müəllimlikdən kağızburma sənətinə: “Proqram maraqsız gəlirdi” - MÜSAHİBƏ + FOTO
26
3
748
26 
Apr
2024
08:10
Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb
2
52
445