24 
İyl
2021
15:58
73
248
2549
Virtual karabakh

Nazirlər Kabinetinin qərarını heçə sayan toy təşkilatçısı 4 min manat cərimələndi

24 İyl, 2021
15:58
2549

Nazirlər Kabinetinin qərarını heçə sayan toy təşkilatçısı 4 min manat cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Pirsaat ərazisində yerləşən “Baxçalı” şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adıçəkilən şadlıq sarayının icarədarı İ.Huseynov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə 120 nəfər qonağın iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektin icarədarı 4 000 manat məbləğində cərimə olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Padar qəsəbəsində, Kolanı və Talış kəndlərində yerləşən dörd  fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində də pandemiya qaydalarının pozulduğu və müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi müəyyən edilib.

Həmin toy məclislərinin sahibləri ilə izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri