30 
İyl
2021
15:02
38
247
2105
Virtual karabakh

Biləcəri qəsəbəsindəki natəmizlik aradan qaldırıldı - YENİLƏNİB + FOTO

30 İyl, 2021
15:02
2105

Biləcəri qəsəbəsindəki natəmizlik aradan qaldırıldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadat bəy Məlik-Aslanov küçəsindəki tullantılar daşınıb.

Bu barədə Oxu.Az-a Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirib.

O qeyd edib ki, son aylar məişət tullantılarının təmizlənməsi ilə bağlı texnikada olan problemə görə zibillərin daşınmasında gecikmələr baş verir:

“Məsələ nəzarətdədir”.

13:24

Binəqədi rayonunda da məişət tullantıları daşınmır. 

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Bildirilib ki, rayonun Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsindəki tullantıların daşınmaması sakinləri ciddi narahat edir.

Qalaqlanan zibillər günlərdir təmizlənmir və ətrafda yaşayan insanlar kəskin üfunət qoxusundan şikayətçidirlər.

Qeyd edək ki, bu gün Xətai rayonu Əhmədli qəsəbəsində məişət tullantıları daşınmaması ilə bağlı yazı dərc etmişdik. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri