Xətai rayonu Əhmədli qəsəbəsində məişət tullantıları daşınmır.
Bu barədə Oxu.Az-a qəsəbənin Sarayevo 18 ünvanında yaşayan sakinlər məlumat verib.
Bildirilib ki, Əhmədlidə məişət tullantıları üçün qablar qoyulsa da, təmizlənmir.
Qalaqlanan zibillər daşınmadığı üçün ətrafda yaşayan insanlar kəskin qoxudan şikayətçidirlər.
