31 
İyl
2021
00:24
258
86
1837
Virtual karabakh

Şamaxıda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

31 İyl, 2021
00:24
1837

Şamaxıda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib.

Bildirilib ki,  COVID-19 testinin nəticəsi pozitiv olan Şamaxı şəhər sakini Fariz Mikayılova ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin o, qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Həmin şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvana geri qaytarılıb.

F.Mikayılov barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci  (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri