14 
Sen
2021
17:08
245
14
1201
Virtual karabakh

İşğaldan azad edilən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi məsələləri nəzərdən keçirildi - FOTO

14 Sen, 2021
17:08
1201

İşğaldan azad edilən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi məsələləri nəzərdən keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun 2021-ci il 13 sentyabr tarixində iyirmi altıncı iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, işğaldan azad edilən ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlərin müzakirə edildiyi iclasda İşçi Qrupunun ötən görüşlərində qəbul edilmiş qərarların icrası ilə bağlı həyata keçirilən tədbirlər və əldə edilən nəticələrə nəzər salınıb.

Müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən təqdim edilən məlumatlar dinlənilib. Elektrik enerjisi infrastrukturunun qurulması və müəyyən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi məsələləri nəzərdən keçirilib.

Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təminatına dair görülən işlərlə bağlı aparılan monitorinqin nəticələri barədə məlumat verilib, tikintisi davam etdirilən istilik qazanxanaları, məhəllədaxili istilik xətləri, həmçinin elektrik yarımstansiyaları ilə bağlı görülən tədbirlər haqqında təqdimat diqqətə çatdırılıb.

Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi ilə əlaqədar cari vəziyyət və növbəti addımlar müzakirə edilib.

Cari ilin oktyabr ayında Bakıda təşkil olunacaq “Rebuild Karabakh” - “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirakla bağlı müzakirələr aparılıb, Qarabağda “yaşıl enerji” zonasının yaradılması üzrə quraşdırılacaq stendin Qarabağ bölgəsinin sürətli bərpası və xarici investorların cəlb edilməsi üçün əlverişli imkanlar yaratmasının əhəmiyyətindən bəhs edilib. Sərgidə iştirakla bağlı təşkilati və dizayn məsələlərinin həlli məqsədilə Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılan İşçi Qrupu tərəfindən hazırlanan təkliflər təqdim edilib.

İclasda işğaldan azad olunan ərazilərin ümumi planı barədə məruzələr dinlənilib. İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, həyata keçiriləcək tədbirlərin aidiyyəti qurumlarla davamlı müzakirə edilməsi tövsiyə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri