21 
Sen
2021
13:16
52
98
1587
Virtual karabakh

DYP-dən məktəblərin açılması ilə bağlı sürücülərə MÜRACİƏT

21 Sen, 2021
13:16
1587

DYP-dən məktəblərin açılması ilə bağlı sürücülərə MÜRACİƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. 

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev Oxu.Az-a bildirib ki, sabahdan etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq:

“Bunları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi xahiş edir ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar”.

“Eyni zamanda piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri